Ana Sayfa > Media > Qorxunc OLAY: İnsan əti konservləşdirilərək satılır? – ŞOK FOTOLAR/VIDEO

Qorxunc OLAY: İnsan əti konservləşdirilərək satılır? – ŞOK FOTOLAR/VIDEO


22-09-2016, 11:25. Yazar: admin


Facebook sosial şəbəkəsində yayılan bir iddia Afrikanı qarışdırıb

Iddiaya görə, Çində fəaliyyət göstərən bir ət fabrikində insan əti konservləşdirilərək Afrika ölkələrinə satılır.

“Facebook”da dərisi soyulmuş insan cəsədinin şəklinin paylaşılması iddiaları gücləndirib.

Zambiya mediası da Çindəki ət fabrikində çəkilmiş fotoşəkilləri dərc edib. İnsan ətinin satıldığını iddia edənlər iki tezis üzərində dayanırlar. Bu tezislərdən birinə görə, Çində insanların dəfni üçün ərazi azdır. Digər tezis isə odur ki, Pekin keyfiyyətli əti daha zəngin və güclü ölkələrə satır.

Çinin Zambiyadakı səfiri gündəmə gətirilən bu iddiaları sərt bir üslubla rədd edib. Səfir bildirib ki, iddiaları gündəmə gətirənlər Zambiya və Çin arasında uzun zamandır davam edən əməkdaşlığa zərər vurmaq istəyir. O, iddialarla əlaqədar istintaqın başlanılmasını tələb edib. Zambiya müdafiə nazirinin köməkçisi Kristofer Mulenga isə hadisəyə görə üzr istəyib.

Çində insan ətinin konservləşdirilərək Afrikaya satıldığı iddialarına bir çox adamın inandığını bildirən “Snopes.com” adlı sayt “Facebook”da paylaşılan fotoşəkillərin “Resident Evil 6” adlı oyunun təqdimatı üçün 2012-ci ildəki dərc olunan fotoşəkillərdən olduğunu yazıb.




Geri dön