Ana Sayfa > Seçilənlər-4 > Safura Rəhimova: 'Mən fahişə yox, modeləm' - MÜSAHİBƏ FOTOLAR

Safura Rəhimova: 'Mən fahişə yox, modeləm' - MÜSAHİBƏ FOTOLAR


21-09-2016, 12:24. Yazar: admin



Sosial şəbəkədə məşhurlaşan gənc azəri qız suallara cavab verəcək

- Safura Rəhimova - bu ad "facebook"dan istifadə edənlərə çox tanışdır. İlk sualım belədi: Necə oldu ki, "facebook" ulduzuna çevrildin?

- Uşaqlıqdan ən böyük arzum model olmaq idi. Amma evdəkilər həmişə mənim buistəyimə qarşı çıxırdılar. Ən əsas da atam. Amma tanınmağı, məşhur olmağı çox istəyirdim və bu istəyimi həyata keçirtmək qərarına gəldim. Bəzi yaxın dostlarımla məsləhətləşdim və bu addımı atdım. Ancaq üzümü göstərməmək şərtilə. Başladım maşınlarla fotosessiya etməyə. Bir müddət keçəndən sonra bütün “facebook” səhifələrində şəkillərim yayıldı və hamı kim olduğumla maraqlandı.Getdikcə çoxlu təkliflər gəldi və hal-hazırda da çox insanlar mənim maşın həvəskarı olduğumu düsünür.Halbuki bu mənim işimdi. Onu da qeyd edim ki, mənim şəkillərimə 10 mindən çox “like” gəlir.

- Özün haqda da bir az məlumat verərdin. Məncə oxucularımıza çox maraqlı olar. Səfurə ümumiyyətlə kimdir?

- Mən 1990 – cı ildə dünyaya gəlmişəm. Əslən Cənubi Azərbaycanlı sayılırıq. Amma Bakı şəhərində yaşamışam. 2009-cu ildə Kooperasiya universitetinə daxil olmuşam və bu il bitirmişəm. Hazırda bankda qeydiyyat söbəsində çalışıram.

- Bank işi hara, fotomodellilk hara? Bu haqda da bir az məlumat verərdin...

- Mən idmanla məşğul oluram. Bədənim çox gözəldir, çox cazibədardır, deyilənə görə çox gözəl “fiquram” var. Bir sözlə getdikcə öz bədənimin vurğunu oldum. Hamını cəlb etdiyimi düşünürdüm və bu həqiqətən belə idi. Ele bir gözəl bədənin paltar altında gizlənməyin istəmirdim, ona görə də soyunmaq qərarına gəldim. Həm də uşaqlıqdakı arzumu həyata keçirmək istəyirdim. Ancaq müsəlman ölkəsində yaşadığımı da düşünürdüm, həm də evdəkilərin mənfi reaksiyasi bu işdən məni çəkindirirdi.Çox böyük risqə girdim və bu addımı atdım. Bu işdə mənə ən çox müəllimim, məşhur model Mübariz Allahverdizadə dəstək oldu.

- "Facebook"da yarıçlıpaq fotolarını paylaşırsan, buna görə də səni təhqir edənlər da az deyil. Hətta sənə modeldən çox, fahişə deyirlər. Bu sözləri necə qarşılayırsan?

- Məni ən çox incidən məhz elə bu məsələdi. Bəli artıq adıma çox səhifələr, çox profillər açılıb.Haqqımda nalayiq sözlər yazırlar və camaatda mənə qarşı pis fikir yaradırlar. Bunu niyə və nə üçün etdiklərini anlamıram. Məqsədləri nədir? Niyə məni qısqanırlar? Niyə mənim paxıllığımı çəkirlər və ən əsas da niyə məni yaxşı yox, pis tanitmaq istəyirlər? Axı bundan əllərinə nə keçir? Bəzən belə şeyləri görəndə model olduğuma görə çox peşmançılıq hissləri keçirirəm.Ya da nəyisə səhv etdiyimi düşünürəm.Bunları edənlər düşünürəm ki, mənə ancaq uzaqdan baxıb və həqiqətən mənim kim olduğumu bilməyən insanlardı. Mənim niyə elə şəkillər çəkdirdiyimi başa düsmürlər. Bir sözlə Azərbaycanda model anlayışı hələ inkişaf etməyib.Elə şəkillər çəkdirən fahişə gözü ilə baxırlar. Bu heç də xoş hal deyil və çox təəssüf edirəm....

- Şəkillərdə üzünü niyə heç vaxt göstərmirsən?

- İlk fotosessiyam üzsüz olub. Yəni sadəcə bədənim nümayiş olunub. Gördüm hamı məni elə qəbul edir.Yəni heç kim narazıçılıq bildirmir.Hamı normal qarşılayırdı. Amma bəziləri mənim eybəcər olduğumu, məhz buna görə üzümü gizlətdiyimi düsünürdü.Bu heç də elə deyil.Bayaq da qeyd etdiyim kimi bu işə valideynlərimdən icazəsiz başlamışam. Bundan sonrakı üz şəkillərim paylaşılsa, bu mənim üçün çox problemlər yaradar. Həm də ailəm çox mühafizəkardır. Onların heç xəbəri yoxdur ki, bu şəkillərdəki mənəm.

- Maşınlarla etdiyin fotosessiyalara görə sənə pul verirlər? Bəs fotosessiyalardan sonra avtomobil sahibləri sənə başqa təkliflər edirlər? Edirlərsə sən nə cavab verirsən?

- Aha bir neçə maşınla etdiyim fotosessiyalardan pul almışam. Amma ən çox dostlarımın maşınları ilə etmişəm. Bəli, o təklif cox gəlib (gülüb) və deyə bilərəm ki, hər gün gəlir. Amma mən həmin insanlara “fahişə“ yox, model olduğumu xatırlatmışam. Bu fotosessiyalarım yayıldıqdan sonra hamı ən çox fotosessiya üçün yox, məhz bu təklifi eləmək üçün məni narahat edirlər. Yəni insanlarımıza model yox, fahişə lazımdır.

- Safuranın bir qadın kimi ən böyük istəyi nədir?

- Bundan əvvəlki istəyim Azərbaycanda çox məhşur, öz bədəni ilə hamını heyran edəcək bir model olmaq idi. Amma artıq Azərbaycanda yaşadığımı anladım və belə bir anlayışın bizim ölkədə həyata keçirməyin sadəcə xəyal olduğunu anladım. Bu nə qədər gülməli olsa da, mənim üçün çox acınacaqlıdır.Bir model kimi öz sənətimi axıra kimi davam elətdirə bilmədim. Bunun üçün ailəmi atıb bu ölkədən getməliydim, yəni ya sənətimi ya da ailəmi seçməliydim.Və ən doğru qərarı verdiyimi düşünürəm.Artıq bir işə görə ailəmi qurban verə bilmərəm.Yetərincə məhşuram öz bədənimlə. Bu artıq kifayetdir. Hətta bir çox oğlan məni bədənimdən tanıyır (gülür) Bundan sonra ən böyük istəyim ailə qurub öz uşaqlarıma baxmaqdır. İnşallah qızım olsa nə olur olsun onu ən tanınmış model, oğlum olsa da futbolçu edəcəm.

- Safura, bu günə qədər sənə gələn ən maraqlı təklif hansı olub?

- Təkliflər çox olub və bunlar arasında ən maraqlısını seçmək mənim üçün çox çətindi.Ən maraqlısı 15 yaşlı fanatımın məni çox sevdiyini və mənimlə evlənmək istədiyini deyə bilərəm. Digər təkliflər isə yataqla məhdudlaşır (gülür)

- Safura bildiyim qədərilə sənin sevgilin var. Bəs həmin oğlan qısqanmır səni? Təkcə səni yox, həm də sənə gələn təkliflərə, əxlaqsız şərhlərə necə göz yumur bəs. Bədənini hamıya göstərməyinə irad bildirmir?

- Mənim sevgilim var və adı da Ziyadır. Məni tanıyan hamı onu da tanıyır. Düzü çoxu hal-hazırda ondan cəkinir. Əlbəttə ki, mənə dəyər verən, məni mənliyimə görə sevən bir insan məni niyə də qısqanmasın?Bütün dərdimi onunla paylaşıram.Bizim məqsədimiz evlənmək deyil, sadəcə bir-birimizi dəlicəsinə sevmək və hemişə bir- birimizin yanında olmaqdı. Çünki mən çox kişinin xeyalındakı qadınam. Amma mən təkcə Ziyaya aidəm və buna görə o, çox arxayındır və mənə həddindən artıq inanır. Bəli artıq mənə gələn təkliflərin o şahididir. Maşınlarla şəkil çəkdirməyimə, ətrafımda dostlarımın olmağını istəmir. Və mən də onun fikirlərinə dəyər verirəm.

- Dedin ki, məqsədiniz evlənmək deyil. O zaman ortaya sual çıxır: Ziyayla aranızda cinsi əlaqə olub mu? Yəni bununla bağlı streotiplərin var mı yoxsa? Məncə sənin "facebook" dostlarını ən çox maraqlandıran sual budur.

- Mənə hamı düzlüyümə görə hörmət edir. Hamı mənim kişi kimi mərd olduğumu bilir və sizin suallarınıza hörmətlə yanaşıram, çalışdıgım qədər onları doğru cavablandırıram. Bu normal haldır. Kişilər edə bilir niyə də qadınlar etməsin ki? Kişi və qadın hər ikisinin hüququ eynidir. Amma mentalitet söhbəti var. Ona da hörmətlə yanaşıram. Bəli, Ziya ilə aramızda yaxınlıq var.Və heç nədən çəkinmirəm. Qoy bunu hamı da bilsin. Bir şeyi də deyim ki, bəzi qızlar özlərini peyğəmbər övladı kimi aparmasınlar. Onlar elə hoqqalardan çıxırlar ki, mən etdiklərim onların yanında heç nədir. Amma “facebook”da şərh yazanda hamısı namus ağacı olur, ayıbdır...



- Çox gözəl. Safura deyəsən qızlardan çox yığmısan. Sənə paxıllıq edən qızlara nə demək istəyirsən?



- Çox sağ olun ki,onlara buradan öz ürək sözlərimi çatdırmaq üçün mənə şərait yaratdınız. Mən həyatı boyu heç kimə paxıllıq etməmişəm, etmirəm də ve hamının mənə qarşı belə olmağını istəyirəm. Adıma səhifə, profil açıb, mənim adımı batırmaqla əlinizə heç nə keçməyəcək inanın. Hamı Safura Rəhimovanın kim olduğunu çox gözəl bilir! Bunları edənlərin bir məqəsədi var: Safuranı hamıya fahişə kimi tanıtsın! Mən bu gün çox xoşbəxtəm ki, qizlar mənim paxıllığımı çəkir. Çünki onlar bekar insanlardı və mənimlə maraqlanırlar (gülür) və məni qısqananlar təkcə qızlar deyil, oğlanlar da var. Bunu axır zamanlar çox görürəm .Yəqin ki bir məsəl var: Pişiyin ağzı ətə çatmayanda myo myo deyir. Sizə bir şeyi də deyim. Bütün günü namusdan, qeyrətdən danışan oğlanlar “inbox”da mənə elə təkliflər edirlər ki, onları deməyə dilim gəlmir. Biri o gün yazıb ki, gəl cinsi əlaqəyə girək. Nə deyirsənsə, hamısını edəcəm. Mənə ona “otval” verəndən sonra başladı məni fahişə adlandırmağa. Əslində, “facebook”da söyüş yazanların çoxu bu tipli adamlardı.

- Təşəkkürlər, Safura...

- Maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm.







Geri dön