Ana Sayfa > Manşet > İlham Əliyev "Zərbə" pilotsuz döyüş sistemlərinin təqdimatında

İlham Əliyev "Zərbə" pilotsuz döyüş sistemlərinin təqdimatında


21-09-2016, 12:21. Yazar: admin


Bu gün Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin “AZAD Sistemlər” müəssisəsində hazırlanan müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik “Zərbə” pilotsuz uçuş aparatlarının təqdimatı olub.

"Zərbə" pilotsuz döyüş sistemləri İsrailin "Elbit Systems" şirkəti ilə birlikdə istehsal olunur. Bunlar aprel döyüşlərində ilk dəfə tətbiq olunan "Harop" pilotsuz döyüş aparatlarının analoqudur. Azərbaycan dünyada pilotsuz döyüş sisemlərinə-"kamikadze"lərə malik bir neçə ölkədən biridir.

Xəbər verildiyi kimi İsrailin "Aeronautics Ltd" şirkəti sentyabrın 26-da Bakıda başlayacaq ADEX-2016 müdafiə sənayesi sərgisində ilk dəfə iki yeni taktiki pilotsuz döyüş aparatı təqdim edəcək. Şirkət bu aparatların Azərbaycanla birgə istehsalı üzərində iş getdiyini açıqlayıb.





Geri dön