Ana Sayfa > Manşet > ƏLİMƏHƏMMƏD USUBƏLİYEVİN "PİRR QƏLƏBƏSİ"

ƏLİMƏHƏMMƏD USUBƏLİYEVİN "PİRR QƏLƏBƏSİ"


8-09-2016, 14:22. Yazar: admin



Tarixə "Pirr qələbəsi" deyilən bir hadisə düşüb. Demək, qədimdə kiçik bir ölkənin padşahı olan Pirrin az sayda kontingenti olan, amma yaxşı təlim görmüş qoşunu varmış. Roma legionlarının ikisini məğlub edəndən sonra onun üstünə yeriyən düşmənin ardının-arasının kəsilmədiyini görən Pirr öz itkilərini də hesablayır və "bir də belə qələbə olsa, mən ordusuz qalacam" deyərək təslim olur.
Ağsu şəhər mənzil fondunun əsaslı təmiri üçün elan olunan tenderi Ağsu rayon Mənzil İstismar İdarəsi udub və bu məqsədlə ayrılan 82972,86 AZN vəsaitə sərəncam vermək hüququ qazanıb. Amma bu qalibiyyət idarə rəisi Əliməhəmməd Usubəliyevə baha başa gəlib, təxminən məğlubiyyətə bərabər olub. Redaksiyaya daxil olan məlumata görə, həmin vəsait təyinatı üzrə və səmərəli istifadə olunmur, sadəcə rayon icra hakimiyyətinin (Ağsu RİH) hesabatında göstərilir ki, Mənzil-İstismar İdarəsi tərəfindən hesabat ilində ictimai yaşayış binalarında aparılan kommunal xidmət və təmir işlərinə filan qədər vəsait xərclənib.
Bu məlumatı araşdırmaq üçün cənab Ə. Usubəliyevlə telefon əlaqəsi yaratdıq. Rəisin cavabı gileyli oldu. Onun sözlərindən belə çıxır ki, bu müstəvidə görülən işlər kağız üzərindədir. Həmin vəsaitin 43000 manatı rəsmən hesabda olsa da, faktiki ortada yoxdur. Rəisin söylədiklərinə görə, əvvəl kağız üzərində xərclənmiş kimi göstərilən təxminən 40000 manat da de-fakto onun sərəncamına verilmədən sildirilib və o, təxminən elə bu qədər maliyyə vəsaiti tələb edən təmir işlərini öz şəxsi imkanları və idarənin səfərbər olunmuş məhdud daxili imkanları hesabına həyata keçirib. Qoyduğu pulu götürə biləcəyinə ümid etməyən Usubəliyevin giley-güzarından bu qənaətə gəlmək olur ki, işlərin keyfiyyətinin haradasa qeyr-qənaətbəxş olduğu aşkarlansa, buna təəccüblənməyə dəyməz.
Rəisdən indiyədək niyə bu sövq edildiyi korrupsiyaya etirazını bildirmədiyinin səbəbini soruşduqda, sualımıza sualla cavab verdi: "Bilirdim ki, ağzımı açıb bir kəlmə söz desəm, bundan iki qat artıq ziyana düşəcəyəm. Ümid edirdim ki, bəlkə doğru-dürüst yoxlama gələr, burda baş verənləri aşkarlayıb mənim də pulumun geri qaytarılmasını təmin edər".

Elnare Feruzqızı
Geri dön