Ana Sayfa > Cəmiyyət > Şəmkirdə toyda dava düşdü

Şəmkirdə toyda dava düşdü


31-08-2016, 17:43. Yazar: admin


Şəmkirin Keçili kəndində qonşunun qonşu tərəfindən döyülməsinin təfərrüatları məlum olub.

Kənd sakini, 57 yaşlı Əliqazax Süleymanov müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Yaralıya dərhal yardım göstərildikdən sonra palataya yerləşdirilib. Həkimlər Əliqazax Süleymanovun vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

həkim Anar Qasımov deyib: "Şöbəmizə Süleymanov Əliqazax sol altıncı qabırğanın sınığı diaqnozu ilə müraciət edib. Xəstəyə yardım göstərilib, hazırda stasionar müalicədədir. Söyləməsinə görə, döyülərək xəsarət alıb”.

Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, Əliqazax Süleymanovu qonşuları Qabil Qasımov və oğlu Böyükkişi Qasımov döyüb. Belə ki, qonşular birlikdə toyda yeyib-içdikdən sonra evlərinin qarşısında zarafat ediblər. Bundan sonra isə qonşular arasında mübahisə yaranıb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön