Ana Sayfa > Gündəm > Azərbaycan şirkəti Gürcüstan-Ermənistan sərhədində pulsuz yol çəkir

Azərbaycan şirkəti Gürcüstan-Ermənistan sərhədində pulsuz yol çəkir


23-08-2016, 11:44. Yazar: admin


Gürcüstanda yol çəkilməsinin yeni üsulunun sınağı keçirilir.

Azərbaycanın “Aqete” şirkəti Gürcüstan-Ermənistan sərhədində Poniçala-Marneuli-Ququti yolunun 300 metrlik hissəsini sınaq üçün təmənnasız olaraq yeni üsulla çəkəcək.

Bildirilir ki, yeni metod artıq Azərbaycanda sınaqdan keçirilib. Yeni üsulla yolun çəkilməsinin kvadratmetri təxminən 5-6 dollara başa gəlir, bu da digər metodlarla müqayisədə iki dəfə azdır.

Sınaq bəyənilərsə yolun çəkilişi “Aqete” şirkətinə veriləcək.

oxu.az
Geri dön