Ana Sayfa > Gündəm > Əsl Süleyman Çakır azadlığa çıxır - FOTOLAR

Əsl Süleyman Çakır azadlığa çıxır - FOTOLAR


18-08-2016, 17:31. Yazar: admin


Türkiyədə mafiya liderlərindən hesab edilən Əlaəddin Çakıcı həbsdən azad ediləcək.


Bu sözləri öz Feysbuk səhifəsində Çakıcının vəkili Can Sevinc paylaşıb. Çakıcının Türkiyədə elan edilən amnistiya ilə azadlığa çıxacağı bildirilib.

Qeyd edək ki, bu gün Türkiyədə 38 min nəfər məhbusun vaxtından əvvəl azadlığa buraxılması haqqında qərar qəbul edilib.

Çakıcı 1998-ci ildə Fransada yaxalanıb. O, 19 il həbs cəzasına məhkum edilib. Sonradan məhkəmədə çıxış edən Çakıcı Türkiyə kəşfiyyatına işlədiyini bildirib. Bəzi iddialara görə, “Qurdlar Vadisi” serialının əsas pesonajlarından biri olan Süleyman Çakır obrazı Əlaəddin Çakıcının prototipidir.





Geri dön