Ana Sayfa > İdman > “Qarabağ” üçün tarixi gün

“Qarabağ” üçün tarixi gün


2-08-2016, 13:02. Yazar: admin


Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ” cavab oyununa çıxacaq.

Azərbaycan çempionu Çexiya birincisi “Viktoriya”nı sınağa çəkəcək. Çexiyada keçirilən ilk oyunda qapılara qol vurulmayıb. Bu “Qarabağ”ın mərhələni keçməsi üçün yaxşı nəticədir.

“Qarabağ” “Viktoriya”nı məğlub edəcəyi təqdirdə Azərbaycan futbolunda ilkə imza atacaq. Belə ki, buna qədər heç bir klubumuz ÇL-də III təsnifat mərhələsini keçə bilməyib.


Qeyd edək ki, cavab oyunu 20:30 Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyunu Türkiyədən olan hakimlər briqadası idarə edəcək.
Geri dön