Ana Sayfa > Gündəm > Azərbaycanda TƏHLÜKƏ! - Viruslu yumurta satılır

Azərbaycanda TƏHLÜKƏ! - Viruslu yumurta satılır


18-07-2016, 16:26. Yazar: admin


Azərbaycana salmonella virusu ilə zəngin təhlükəli yumurta satılır.

NƏXƏBƏR.az bildirir ki, bu barədə virtualaz.org-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovməlumat verib.

Onun sözlərinə görə, yumurta biznesi ilə məşğul olan şəxslərin AİB-ə verdiyi məlumata görə, son aylar Türkiyədən Azərbaycana idxal olunan yumurtalar istehsal olunduğu ölkədə yararalılıq vaxtı keçmiş məhsullardır:

“Bizə Türkiyədən idxal olunan heç bir əmtəə markalanması olmayan, əksər hallarda salmonella virusu ilə zəngin təhlükəli yumurtalardır. Qablaşdırılmasında və müşayiətedici sənədlərində buraxılma və son yararlılıq tarixləri olmayan, qırmızı rəngli kasetlərə qablaşdırılmış bu yumurtalar uzun məsafə qət edərək, gömrük mənətəqələrində isti yay şəraitində günlərlə qalaraq təhlükə mənbəyinə çevriliblər”.

Ekspertin sözlərinə görə, Azərbaycana Ukrayna Respublikasından son ayda idxal olunan, müəmmalı şəkildə, əsasən ərəb dilində markalanmış, “ULAR” dondurulmuş toyuq budları, “Frozen chicken” – “Katkut” markalı dondurulmuş toyuqları istehsal prosesində 30%-ə qədər su ilə zənginləşdirilib dondurulmuş və yerli bazarda haqsız rəqabət şəraiti yaratmaqla satışa çıxarılıb. Bu məhsulların 1 kq-nın donunu açdıqda 650-700 qr toyuq məhsulu əldə olunur ki, bu da istehlakçıların aldadılması və çox su əlavə edilməklə malın keyfiyyətinin pozulması ilə xarakterizə olunur.



E.Hüseynov qeyd edib ki, ölkənin əmtəə bazarının sürətlə çirklənməsi çoxsaylı mal və xidmətlərin intensiv artdığı bu şəraitdən “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) son dərəcə narahatdır:

“Adı qeyd olunan malların təhlükəsizliyinin təmin olunması və ya satışının, idxalının qadağan olunması ilə bağlı AİİB Azərbaycan Respublikasının baş nazirinə, kənd təsərrüfatı nazirinə, Gömrük Komitəsinin sədrinə, iqtisadiyyat nazirinə, səhiyyə nazirinə və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə rəsmi müraciətlər göndərilib. Ümid edirik ki, hökumət birtərəfli – “yalnız iş adamlarını dsətəkləyən siyasət”ini dəyişərək, dövləti də, ordunu da, məmuru da saxlayan, ümumiyyətlə, biznesi mövcud edən istehlakçılara doğru üzünü çevirəcək”
Geri dön