Ana Sayfa > İqtisadiyyat / Manşet > Azərbaycanda avtomobillərin texniki baxışı üçün tələb olunan sənədlərin sayı artırılır

Azərbaycanda avtomobillərin texniki baxışı üçün tələb olunan sənədlərin sayı artırılır


20-06-2015, 17:53. Yazar: admin



Azərbaycanda avtomobillərini texniki baxışdan keçirmək istəyən şəxslər yol vergisinin ödənilməsi barədə də sənəd təqdim etməli olacaq.

Milli Məclisdən Trend-ə verilən məlumatına görə, bu barədə məsələ parlamentin mayın 29-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, qanuna təklif edilən dəyişikliyə əsasən, texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs indiyə qədər təqdim etdiyi sənədlərdən əlavə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin ödənilməsi barədə sənədi də təqdim etməlidir.
Geri dön