Ana Sayfa > Səhiyyə > Üç təbabət bir arada- Göyçaylı loğman

Üç təbabət bir arada- Göyçaylı loğman


14-07-2016, 10:16. Yazar: admin


Çox jurnalistlər onun maraqlı dünyasının, həkim kimi təbabətdə uğurlarını qələmə almaq istəyib, alınmayıb. Mən də bir neçə dəfə cəhd göstərmişdim. İstəyim nəticəsiz qalmışdı. Lap uşaqlıqdan tanıdığım, bir növ ailə həkimimiz olan Əlhadi Isgəndərovu nəhayət ki, həmsöhbət olmağa razı saldım.

Bir həkim kimi: Özünə məxsus malicə üsulu olan, təbabət sahəsində daim axtarışlar aparıb, yeniliklər edən, hal-hazırda da çox ciddi tibbi axtarışda olan həkim.

Xarakter cizgiləri: həyatı boyu ədalət prinsiplərini etalon səviyyəsində qoruyan və balanslaşdıran bir insan.

Siz tibb universitetini bitirmisiniz. Hələ sovet dönəmində Göyçayın ən yaxşı tibb müəssələrinin birində işləmisiniz. O dövrdə xalq təbabəti ilə çox az həkim məşğul olurdu. Necə oldu xəstələri xalq təbabəti ilə müalicə etməyə başladınız?

Ümumiyyətlə xalq təbabəti mənim üçün maraqlı idi. “Elm və həyat” jurnalı alırdım. Onu axırıncı səhifəsində xalq təbabətinə aid maraqlı yazılar olurdu. Onları oxuya-oxuya məndə xalq təbabətinə maraq yarandı. Anladım ki, xalq təbabəti ilə müalicə daha etibarlıdır.

Öz təcrübənizdən çıxış edərək, xalq təbabətilə elmi təbabətin fərqi nədədir?

Xalq təbabəti mühümdür. Ona görə ki, bir-biri ilə təmasda olan canlı aləm orda cəmləşib. Hər ikisinin arasında bir əlaqə var. Elmi təbabət isə. insan təfəkkürünün əsasında yaranır.

Xalq təbabəti ilə istənilən xəstəliyi müalicə etmək mümkündürmü?

Bütün xəstəliklərin müalicəsi mümkündür. Birinci dərman yaranır sonra xəstəliklər yaranır. Düstur belə qurulub.

Bitkilərlə müalicə hər həkimin işidir, yoxsa həkim yanaşmasından asılı nəsə var. Daha aydın desək, bu hər hansı həkimə istedad , qabiliyyət kimi verilir?

Həkimlik sözü hikmət sözündən götürülüb.Hikmət olmayan yerdə həkimlik olmur. İnsada hansısa fövqəladə vergi, qabiliyyət olmalıdır ki, əsl mənada həkim ola bilsin

Bildiyimizə görə siz əsrin bəlası olan xərçəng xəstəliyini müalicə edirsiniz. Xəstəliyin hansı mərhələsində onu müalicə etmək mümkündür?

Bu xəstəlik çox geniş yayılıb. Mən də bu xəstəliyin müalicə üsullarını axtarıram. İllərdi ki, bu işlə məşğulam bir çox nəticələr əldə etmişəm. İşi sona çatdırmaq

fikrindəyəm. Mənim fikrimcə xalq təbabətiylə bu dəhşətli xəstəliyi sağaltmaq mümkündür. Burda təbii müalicə üsulu var. Xəstəliyi tam ram etməsəm də işi başa çatdıracağıma çox ümüdlüyəm.

Deyilənlərə görə xərçəng xəstəliyinin müalicəsi tapılıb. Sadəcə bu insanlardan gizlədilir. Sizcə bu belədir?

Onu dəqiq deyə bilmərəm. Əgər tapılıbsa, niyə görə istifadə etməsinlər.

Siz həm də dindarsınız. Axına düşüb gedən dindarlardan yox , ateizmin hər yerdə təbliğ olunduğu bir dönəmdə dinə inanırdıniz. Bizə məlumdur ki, sizin tibbi biliklərinizə dini təbabət də daxildir. Nədir dini təbabət?

Təbii ki, Qurandan çox şey götürmüşəm. Elə bir xəstəlik yoxdur ki, Quranda onun barəsində yazılmasın. Sadəcə onu oxuyub başa düşmək lazımdır. Mənə elə gəlir ki, bütün kainat insanda yerləşir. İnsan instrukturu Qurandır. Quranda çox şey tapmaq olar. Məsələn, ürək xəstəliklərin müalicəsi “yasin sürəsin”dədir. Diqqətlə oxusan taparsan.

Xalq təbabəti, yoxsa dini təbabət bunlardan hansı daha əvvəl mövcud olub?

Quran nazil olandan bəri xalq təbabəti mövcud olub.

Sizcə tibb, təbabət hansı ölkələrdə tarixən güclü olub?

Məncə şərqdə təbabət həmişə tarixən güclü olub. Çin təbabətinin 5000 ilə yaxın tarixi mövcud olub. Çində 1000 ilə yaxın xəstə sözü işlənməyib. Onların bir sıra alimləri təbiətlə əlaqə yaradıblar. Orta Asiyada İbn Sina fəlsəfəsi hələ 1000 il də öz əzəmətini saxlayacaq. Avropada tibbin inkişafı şərqdən asılı, həm də onunla bağlı olub.

Sizcə hansı xəstəliklər irsidir?

Bir sıra xəstəliklər genetikdir. Xərçəng, şəkər, cüzam.

Bəşəriyyətin sabahını necə görürsünüz?

Elm çox inkişaf edəcək. Hətta ölü diriltməyə qədər. Bu sahədə inkişaf gedəcək. Amma insanların psixologiyasını yaxşı görmürəm. Ərəb əlifbası 28 hərfdən ibarətdir. İndiki elmin inkişafı hələ iki hərfin başındadır. Əksəriyyət bilir ki, almanın dalıyca heyva yesən nə olar. Quran böyük kitabdır. Kainat onun içində yerləşir. Çox güman ki, bu yaxın illərdə inkişaf çox yüksək səviyyəyə çatacaq. Elmin inkişafı heç də həmişə insanlara xeyir gətirmir. Məsələn süni kələm, düyü yetişdirirlər. Bu nəyə lazımdır.

Söhbət zamanı anladım ki, dərin bir dəryanı çox dəyaz bir hissəsinə baş vura bildim. Həmsöhbət olmaq üçün bir daha bizə şans vermək ümidi ilə dərin təşəkkür edirəm.

Şirxanlı Rövşən
Geri dön