Ana Sayfa > İdman > Azərbaycan Premyer Liqası: Püşkün vaxtı dəqiqləşdi

Azərbaycan Premyer Liqası: Püşkün vaxtı dəqiqləşdi


13-07-2016, 15:17. Yazar: admin
Azərbaycan Premyer Liqası: Püşkün vaxtı dəqiqləşdi


Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünün püşkatmasının tarixi müəyyənləşib.

Milli.Az bildirir ki, bu barədə apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

O bildirib ki, yeni mövsümün püşkü iyulun 26-da atılacaq.

AFFA-nın inzibati binasında keçiriləcək tədbirdə ilk turun cütləri müəyyənləşəcək. Sonra isə mövsümün tam təqvimi dəqiqləşəcək.

Qeyd edək ki, 2016/17 mövsümündə Premyer Liqada ilk dəfə 8 komanda mübarizə aparacaq. Bunlar Bakının "Zirə", "İnter", "Neftçi", AZAL klubları, həmçinin "Qarabağ" (Ağdam), "Qəbələ", "Kəpəz" (Gəncə) və "Sumqayıt"dır.
Geri dön