Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > Ziya Məmmədov Sumqayıtda yeni Ticarət Mərkəzi tikdirir? - Fotolar

Ziya Məmmədov Sumqayıtda yeni Ticarət Mərkəzi tikdirir? - Fotolar


28-08-2015, 12:22. Yazar: admin
Ziya Məmmədov Sumqayıtda yeni Ticarət Mərkəzi tikdirir? - Fotolar
Sumqayıt şəhəri 2-ci mikrorayonda, zibillik ərazidə Ticarət Mərkəzi inşa olunur.

Həmin Ticarət Mərkəzinin tikintisi üçün icazənin verilməsi üçün şəxsən Nəqliyyat naziri Ziya Məmmədovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdan xahiş etdiyi iddia olunur.

Uzun müddət mübahisə obyektinə çevrilən və antisanitariyanın hökm sürməsinə görə burda yaşayan sakinlərin narazılıq mənbəyinə çevrilən Sumqayıt şəhəri 2-ci mikrorayonda yerləşən keçmiş “Veterok” adlanan yeməkxananın yaxınlığndakı zibillik yeni Ticarət Mərkəzinin inşasına başlanılıb. Qeyd edək ki, həmin ərazi uzun müddət sumqayıtlıların yaddaşında «zibilxana» kimi qalacaq. Ərazidəki antisanitariya vəziyyəti o qədər dəhşətli idi ki, yaxınlıqda yaşayan sakinlər dəfələrlə antisanitariyanın qarşısının alınması üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin adiyatı qurumlarına etdikləri şikayətlər nəticəsiz qaldığı üçün KİV-lərə müraciətlər ünvanlamışdılar. Hətta, müxtəlif KİV-lər həmin ərazidən dəfələrlə reportajlar hazırlanmasına baxmayaraq uzunmüddət antisanitar şərait ortadan qaldırılmamışdı. Ərazidə yaşayan sakinlər isə birmənalı olaraq ərazi uğrunda aparılan olliqarx savaşının qurbanına çevrildiklərini iddi edirdilər.

Yerli sakinlər məlum ərazinin xarabalığa və zibilliyə çevrilməsinin səbəkarı kimi iki sahibkarı, “Karvan Ticarət Mərkəzinin” rəhbəri Ağamirzə Əhədovun qardaşı, həmin ərazinin sahibi Mirzə Əhədovu və Sumqayıt Univermağının sahibi Zaman İsgəndərovun bacısı, Adilə İsgəndərovanı günahkar kimi görürdülər. Çünki ərazinin xarabaya çevrilməsini bu iki şəxsin ərazi uğrunda apardığı mübarizə ilə əlaqələndirirdilər.

Nəhayət ki, uzunmüddət sumqayıtlıların antisanitariya mərkəzi olaraq narazılıqlarına səbəb olan ərazidə yeni Ticarət Mərkəzinin inşasına başlanılıb. PİA.AZ-a daxil olan məlumatda ərazidə inşaat işlərini aparan şəxsin adı da açıqlanıb. Belə ki, yeni Ticarət Mərkəzini Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsində mühüm vəzifələrdən birini daşıyan Mübariz Əhədov tikir. Mübariz Əhədov “Karvan Ticarət Mərkəzi”nin sahibi Ağamirzə Əhədovun oğludur və PİA.AZ-ı məlumatlandıran mənbənin bildirdiyinə görə mübahisəli ərazinin uzun müddət üfunət qaynağı olaraq qalmasının əsas səbəbi heç də Əhədovlarla İsgəndərovlar arasında aparılan mübarizə deyilmiş. Əsil səbəb Əhədovlar ailəsində daxili çəkişmələr imiş.

Belə ki, məlumata əsasən həmin ərazini uzun müddətdir ki, Mübariz Əhədov əmisi Mirzə Əhədovdan istəyirmiş. Lakin Mirzə Əhədov həmin ərazidə özü Ticarət Mərkəzi tikmək niyyətində olduğundan qardaşı oğlunun istəyinə yox deyirmiş. Mənbə bildirir ki, hətta Mirzə Əhədov ailənin ağsaqqalı, qardaşı Ağamirzə Əhədovun xahişini belə nəzərə almayıb və qardaşların münaqişə obyektinə çevrilən ərazi xarababazara çevrilib.

Mənbənin iddasına görə münaqişə Nəqliyyat naziri Ziya Məmmmədovun müdaxiləsindən sonra öz həllini tapıb. Belə ki, iddiaya əsasən, Ağamirzə Əhədov məsələ ilə bağlı öz hamisi Nəqliyyat naziri Ziya Məmmədova müraciət edib və Ziya Məmmmədov Mirzə Əhədovdan ərazini Mübariz Əhədovun adına sənədləşdirilməsini tələb edib. Yenə də iddiaya əsasən həmin mübahisəli ərazidə Ticarət Mərkəzinin tikintisinə icazə verilməsi üçün Ziya Məmmədov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova özü zəng edib.

Qeyd edək ki, Ağamirzə Əhədov Ziya Məmmmədovun yerlisidir və “Karvan Ticarət Mərkəzi”nin hamisi olmaqla yanaşı, Nəqdiyyat nazirinin həmin TM-də böyük pay sahibi olduğu iddia olunur. Ümumiyyətlə Ziya Məmmədovun bir sıra qaranlıq maliyyə əməliyyatlarında Ağamirzə Əhədovun yaxından iştirak etdiyi bildirilir.

Mənbə qeyd edir ki, yeni inşa edilən Ticarət Mərkəzində də Ziya Məmmədovun böyük payı var.

Bu yazıda adı keçənbütün şəxsdərin mövqeyini dərc etməyə hazırıq.
pia.az
Geri dön