Ana Sayfa > Aia TV > Gəncədə şəhid ailəsinə mənzil verilib

Gəncədə şəhid ailəsinə mənzil verilib


18-06-2016, 16:19. Yazar: admin
Gəncədə şəhid ailəsinə mənzil verilib





Bu ilin aprelində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı vətənə olan sədaqət və sevgisini öz canından üstün tutan İnqilab Quliyevin ailəsinə mənzil verilib.

Aia.az xəbər verir ki, şəhidin indiyədək kirayədə yaşayan 2 oğul övladı artıq Gəncədə hərbçilər üçün yeni salınan şəhərcikdə böyüyəcək. 2 otaqlı mənzilin açarı şəhidin oğlu 5 yaşlı Hüseyn Quliyevə təqdim edilib. Mənzildə yaradılan şəraitlə tanış olan şəhər rəhbərliyi Gəncədə şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə küçələrdən birinə İnqilab Quliyevin adının veriləcəyini də diqqətə çatdırıb.


aia.az
Geri dön