Ana Sayfa > Media > Ancaq yataqda və qaranlıqda... - Seksin "olar-olmaz"ları

Ancaq yataqda və qaranlıqda... - Seksin "olar-olmaz"ları


8-06-2016, 16:01. Yazar: admin



Seks Azərbaycan da daxil olmaqla bir çox müsəlman ölkəsində hələ də rahatlıqla danışılmayan, söz düşdükdə belə, insanların utandığından üzünün qızardığı mövzudur. Lakin bu qədər az danışılmasına baxmayaraq, hər kəsin də ən çox maraqlandığı məsələdir. Seks haqqında bu günə qədər öyrənilən yalan və səhv məlumatlar cinsi həyata mənfi istiqamətdə təsir edir və bu düşüncələrlə bir çox insan seksi müəyyən qəliblərə salmaqla məhdud bir şəkildə yaşayırlar. Bəs yaxşı, bu gün seks haqqında doğru bildiyiniz hansı səhvlər var? Aile.lent.az türkiyəli psixoterapevt Cem Keçenin insanların seks haqqında düzgün bildiyi yanlışlar haqqında fikirlərini təqdim edir.


İlk addımı kişi atmalıdır

Müasir cəmiyyət nə qədər inkişaf etsə də, qadınlar hələ də cinsi arzu və istəklərini tərəf müqabili ilə paylaşmağa çəkinirlər, ilk addımı hər zaman qarşıdan gözləyirlər. Həkim bildirir ki, qadınların cinsi istək duyması və bunu açıq-aydın dilə gətirməsi yanlış hal deyil, əksinə, çox sağlam bir vəziyyətdir: “Tərəf müqabilinizə qarşı cinsi istək duyduqda, bunu ona şübhəsiz ki, mütləq göstərin. Birbaşa söyləməkdən çəkinsəniz belə, bunu bədən dilinizdən istifadə edərək, rahatlıqla göstərə bilərsiniz. Səhv başa düşülmə narahatlıqlarını bir kənara qoyun”.


Qadın və kişi cinsəlliyi eyni formada yaşayır

Qadın və kişinin anatomik quruluşu bir-birindən fərqlidir. Bu fərqlilik səbəbindən də qadın və kişinin cinsi arzusu, istəyi, hətta orqazmı yaşama formaları belə, oxşar deyil: “Bu vəziyyət əsla tərəf müqabilinizə uyğun bir seks həyatınızın olmadığı mənasını vermir. Tərəf müqabiliniz asan təhrik olmaya bilər və ya fiziki mənada çox tez xəbərdar edilməyə bilərsiniz. Tərəf müqabilinizlə danışaraq cinsi uyğunlaşma yarada, romantizm və keyfiyyətli bir ön sevişmə ilə cinsi həyatınızın həzzini yaşaya bilərsiniz”.


Seks zamanı danışmaq sehri pozar

“Seks zamanı danışmaq olmaz, çünki həmin anın sehrini pozur” kimi ağızdan-ağıza eşidilən məlumatlarla seks həyatınızı monotonlaşdırmayın. Seks əsnasında danışmaq istəyirsinizsə, özünüzü rahat buraxın, danışın, hətta bir az açıq-saçıq danışmağınız tərəf müqabilinizin xoşuna gələcək. Seks zamanı nə qədər rahat olsanız, həmin anın zövqünü o qədər çox yaşamış olarsınız.


Eyni anda orqazm olmaq lazımdır

C. Keçe xüsusilə münasibətin başlanğıc mərhələsində eyni anda orqazm olmağın qeyri-mümkün olduğunu deyir. Filmlərdə gördüyümüz sevişmə səhnələrində qadın və kişinin saniyəbəsaniyə eyni anda orqazm olması və zövqdən az qala dəli olması səhnələrini unudun: “Bu, heç də sizin də yaşayacağınız orqazm kriteriyası deyil. Eyni anda orqazm olmaq tamamilə təsadüfi bir vəziyyətdir. Zamanla kişi və qadın bir-birlərini və bədənlərini tanıdıqca uyğun bir cinsi həyatı tuta və eyni anda orqazm olmağı bacara bilərlər. Lakin əhəmiyyətli olan eyni anda orqazm olmaq deyil, hər iki tərəfin də yaşadığı orqazmın sıxlığı və keyfiyyətidir”.


Kişilər hər zaman seks istəyir

Qadınlara nisbətən kişilər cinsəllik mövzusunda daha istəkli və arzulu görünə bilər. Çünki bu vəziyyət tamamilə qadınların özlərini cinsəllik mövzusunda çox açıq bir şəkildə ifadə edə bilməmələrindən qaynaqlanar: “Qadınlar da kişilər qədər cinsəlliyi düşünür və cinsi istək duyurlar. Bəli, kişilər seks mövzusunda çox vaxt istəkli ola bilərlər, amma bu vəziyyət hər zaman etibarlı deyil, çünki cinsəllik yalnız fiziki bir fəaliyyətdən ibarət deyil. Stress, kədər, qayğı kimi bəzi psixoloji problemlər, cinsi istək və performansa təsir edər. Bu səbəbdən kişilərin hər an cinsəlliyə həm fiziki, həm də ruhi olaraq hazır olması mümkün deyil”.


Cinsəllik haqqında danışmaq ayıbdır

Cinsəllik iki insan arasında yaşanan xüsusi bir hadisədir. Tərəf müqabilləri cinsəllik haqqında danışdıqca, bir-birlərini və bədənlərini kəşf edir, beləcə, cinsi həyatdan daha çox həzz alırlar. Cinsəllik ilə əlaqədar yaşadığınız qayğı, qorxu, istəklərinizi şübhəsiz ki, partnyorunuzla bölüşməlisiniz. Cinsi problemlər müzakirə edilmədikcə, cütlüklər gün keçdikcə bir-birindən uzaqlaşarlar. Cinsi problemlərinizin əlaqənizi soyutmasına icazə verməyin və lazımdırsa, mütəxəssislərə müraciət edin.


Seks ancaq yataqda və qaranlıqda olar

Seks üçün məkan və şəraitin xüsusiyyətləri tamamilə cütlüklərin zövqünə görə seçilir. Xüsusilə qadınlar cinsəllik mövzusunda daha utancaq olduğu üçün tərəf müqabillərinin onları çılpaq görməsindən narahatlıq duyurlar və sevişərkən tamamilə qaranlıq olan bir mühitə üstünlük verirlər. Psixoterapevt bildirir ki, özünüzü yavaş-yavaş çox qaranlıq olmayan mühitlərdə sevişməyə alışdıra bilərsiniz: “İlk mərhələdə pərdələr və ya işıqlar açıq ikən sevişməniz təbii ki, asan olmayacaq. Lakin tamamilə qaranlıq olmayan otaqda, bir-birinizi sevişərkən görə biləcəyiniz mühitdə sekslə məşğul olmaq həm sizə, həm də tərəf müqabilinizə daha çox zövq verəcək. Başqa bir səhv isə seksin yataq otağından başqa yerdə olmasıdır. Seks hamamda, mətbəxdə, qonaq otağında, xalçanın üstündə, kresloda, kürsüdə də ola bilər. Seksi müəyyən qəliblərə salmaq ondan alınan zövqü məhdudlaşdırır. Seks iki insan arasında və xüsusi ortamlarla yaşanır. İkinizin olduğu hər məkan seks üçün uyğun mühitə çevrilə bilər. Bu, tamamilə sizin və tərəf müqabilinizin xəyal gücünə bağlıdır”.


Fantaziya qurmaq pozğunluqdur

Fantaziya qurmaq və cinsi azğınlıq ayrı-ayrı şeylərdir, bir-birlərinə əsla qarışdırılmamalıdır. Hər bir sağlam fərd cinsi fantaziya qura bilər və bu, çox normaldır. Mütəxəssis cinsi fantaziyaların seksin əhəmiyyətli bir parçası olduğunu deyir. Cinsi fantaziya həm qadın, həm də kişinin cinsi coşğusunu və həyəcanını artırır: “Fantaziyalar cinsi həyatı zənginləşdirir, monotonluqdan xilas edir və cinsəlliyi daha həzli yaşamağa kömək olur. Bu səbəbdən də tərəf müqabiliniz cinsi fantaziyalarını sizinlə paylaşdıqda ona təəccüb dolu baxışlarla baxmayın. Bundan başqa, siz də cinsi fantaziyalarınızı onunla rahatlıqla paylaşmalısınız. Cinsi fantaziyalar seks həyatınızı canlandıracaq və cinsəllikdən alacağınız həzzi artıracaq”.


Penisin uzunluğu cinsi performansa təsir edir

Kişilərin cinsi həyat mövzusunda ən çox düşündükləri mövzulardan biri də penisin uzunluğudur. Lakin penis boyunun cinsi performans və qadının cinsəllikdən aldığı zövq arasında hər hansı bir əlaqə yoxdur: “Nə penis boyu, nə də cinsi əlaqənin müddəti qadının zövq alması üçün lazım olan meyarlar deyil. Qadın cinsi orqanının xarici hissəsindəki sinir uclarının daha sıx olması səbəbindən bu sahələrin xəbərdar edilməsi qadına daha çox zövq verir. Penisin vagina girişində bu bölgələri xəbərdar etməsi qadının orqazm olması üçün kifayətdir. Bu səbəbdən daha uzun bir penisin qadının daha güclü bir orqazm yaşamasına qatqısı yoxdur. Kifayət qədər olan ön sevişmə, romantizm və seksual toxunuşlar qadına böyük bir penisdən və uzun müddət davam edən cinsi əlaqədən daha çox zövq verəcək”.


Qadınlar porno sevmir

Təxmin edilənin əksinə, porno sevən qadınların sayı sandığımızdan daha çoxdur. Bunu dilə gətirənlərin sayı az olduğu üçün ümumiyyətlə, yalnız kişilər porno sevirmiş kimi düşüncə hakimdir: “Kişilər kimi, qadınlar da cinsi həyatlarına rəng qatmaq üçün porno izləyirlər. Əgər porno izləməmisinizsə, bu mövzuda tərəf müqabilinizə fikrinizi bildirə bilərsiniz. Əmin olun ki, birlikdə porno izləmək fikri onun da çox xoşuna gələcək. Ancaq porno filmlərdəki cinsi əlaqə müddətinin və çıxarılan səslərin şişirdilmiş olduğunu unutmayın. Əsla özünüzü və tərəf müqabilinizi gördüklərinizlə müqayisə etməyin”.


Ön sevişmə uzun olmalıdır

Ön sevişmənin müddəti keyfiyyətli bir cinsi əlaqə üçün çox önəmlidir və penisin vaginada qalma müddətini uzadır. Ümumiyyətlə, kişilər ön sevişmə mərhələsini keçib bir an əvvəl cinsi əlaqəyə girmək istəsələr də, qadın üçün genital bölgənin boşalması üçün kifayət qədər ön sevişmə lazımdır. Lakin sanılanın əksinə, çox uzun davam edən ön sevişmə orqazmın keyfiyyətini aşağı salır. Gərəyindən çox uzadılan ön sevişmə, həm qadının, həm də kişinin orqazma çatma müddətini uzadır və yaşanacaq orqazmın şiddətini azalda bilər.


Qadınlar yalnız klitoral orqazm yaşayırlar

Qadınlarda orqazm əsasən birbaşa klitor xəbərdarlığıyla meydana gəlir. Klitor kişidəki penis başının qarşılığıdır və cinsi əlaqə, ya masturbasiya əsnasında klitor kişinin penisi kimi sərtləşir. Ancaq qadınlar klitoral orqazmla yanaşı, vaginal orqazm da yaşaya bilərlər. Vaginal orqazm cinsi əlaqə əsnasında penisin vaginaya girməsi ilə yaşanan orqazmdır. Bu, daha çox zamanla öyrənilən bir təcrübədir. Vaginal və klitoral orqazmı bir arada yaşadıqda isə mükəmməl orqazmlar baş verir.
Geri dön