Ana Sayfa > Cəmiyyət > Türkiyəyə uçan təyyarədə bomba həyəcanı

Türkiyəyə uçan təyyarədə bomba həyəcanı


24-05-2016, 13:43. Yazar: admin


Xarkov-İstanbul reysi təyyarə göyərtəsində bomba olması xəbərdarlığı ilə təxirə salınıb.

Aia.az anspress-ə istinadən bildirir ki, 128 sərnişin təxliyyə olunub və hazırda hüquq-mühafizə orqanları təyyarə və Xarkov hava limanında yoxlama aparırlar.

"Bu gün saat 03:30-da hava limanının administrasiyasına naməlum şəxs zəng edib və təyyarələrdən birində partlayıcı qurğu olduğunu deyib. Bu məlumata görə, Xarkov-İstanbul reysi təxirə salınıb", - deyə Xarkov vilayətinin milli polisinin məlumatında deyilir.

Polisin məlumatına görə, bütün sərnişinlər təxliyə olunub, mühafizə orqanları təyyarəni və baqajı yoxlayırlar, hadisə şahidlərini sorğu-sual edirlər.

Xarkovdan İstanbula sonuncu təyyarə bu gün saat 08:28-də havaya qalxıb.

Oxşar hadisə ötən gün Türkiyədə qeydə alınıb. Türkiyə Hava Yollarına məxsus təyyarənin İstanbul-Kayseri reysində bomba həyəcanı yaşanıb.

Təyyarə havaya qalxmağa hazırlaşdığı vaxt ekipaj üzvlərindən biri ayaqyolunun qapısına yazılmış bomba sözünü görüb.

Bundan sonra sərnişinlər təyyarədən təxliyə ediliblər.
Geri dön