Ana Sayfa > Şou-biznes > "WhatsApp"dan bomba effekti verəcək yenilik

"WhatsApp"dan bomba effekti verəcək yenilik


24-05-2016, 10:59. Yazar: admin



"WhatsApp" tətbiqi yeni funksiyasının təqdim etməyə hazırlaşır.

Aia.az məlumat verir ki, Android telefonlarında görüntülü danışıqların test müddəti artıq başlayıb. "Facebook" şirkətinə məxsus olan tətbiqin yeni funskiyası ilə bağlı nəhayət rəsmi açıqlama verilib. Şirkət rəsmisi bildirib ki, "WhatsApp"-da görüntülü danışıqlar test olunur. Əgər funksiya uğurlu nəticə verərsə bütün "WhatsApp" istifadəçilərinin istifadəsinə veriləcək.

Qeyd edək ki, "WhatsApp"-da görüntülü danışıq funksiyasının tətbiq ediləcəyi ilə bağlı ötən ilin dekabr ayından məlumatlar yayılmağa başlayıb. Lakin, şirkət rəhbərliyi yeni funksiya ilə bağlı rəsmi açıqlama verməmişdi.
Geri dön