Ana Sayfa > Gündəm > Bakıda "Halal" şampan satılır

Bakıda "Halal" şampan satılır


23-05-2016, 12:43. Yazar: admin



Azərbaycanda "Halal" şampan satılır.

Aia.az-in məlumatına görə, paytaxt mağazalarından birində satışa qoyulan şampanın nə qədər qəribə səslənsə də adı "Halal White Shampan"dır.

Qiyməti 18 manat olan bu içkinin birini alana biri də hədiyyə olunur. Mağazada "Halal" şampana tələbat elə də az deyil.

Dünyada "Halal" şərab istehsal edən şirkətlər var. Unikal alkoqolsuz şərabı adətən müsəlman ölkələrdə fəaliyyət göstərən şirkətlər istehsal edir. Çox ciddi və tələbkar şərtlər əsasında istehsal olunan şərabların halal standartlarına tam cavab verdiyi deyilir. Tərkibində spirt olan şampan və digər içkilərin necə halal olduğu isə müəmma olaraq qalır.


Geri dön