Ana Sayfa > Seçilənlər > Qəzaya uğrayan "Silk Way" təyyarəsində ölən azərbaycanlıların adları

Qəzaya uğrayan "Silk Way" təyyarəsində ölən azərbaycanlıların adları


19-05-2016, 10:06. Yazar: admin



Əfqanıstanda qəzaya uğrayan Azərbaycana məxsus təyyarədə ölənlərin sayı açıqlanıb.

Aia.az-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə təyyarədə olan 7 nəfər ölüb, 2 nəfər isə ağır yaralıdır.

Yaralıların Ukrayna vətəndaşları olduğu bildirilir. Ekipaj üzvlərindən 5-i Azərbaycan vətəndaşıdır. Kapitanın isə Özbəkistan vətəndaşı olduğu bildirilir.

Əfqanıstanda baş vermiş "Silk Way" avia-şirkətinə məxsus təyyarənin qəzasında həlak olanların şəxsiyyəti açıqlanıb.

Qəzada həyatını itirənlər :

- Rəşid Şaydanov (Komandir)
- Altay Abdullayev (İkinci pilot)
- Nadir Rzayev (Bort Mexaniki)
- Nazim Əsədullayev (Şturman)
- Firdovsi Əliyev (Bort radist)

Məlumatı həyatlarını itirən həmyerlilərimizin yaxınları çatdırıb. Siyahı Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hələki təsdiq olunmayıb.
Geri dön