Ana Sayfa > Siyasət / Manşet / Karusel > Prezident Cəlilabada getdi

Prezident Cəlilabada getdi


11-08-2015, 14:44. Yazar: admin
Prezident Cəlilabada getdi
Dövlət başçısı əvvəlcə Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzindəki abidəsini ziyarət edib.
Prezident İlham Əliyev avqustun 11-də Cəlilabad rayonuna səfər edib.

Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Prezidentinə abidənin ucaldığı Heydər Əliyev adına park haqqında məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 7500 kvadratmetr olan parkda sakinlərin və rayonun qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb.

Parkın ərazisində iki fəvvarə, müasir işıq dirəkləri və oturacaqlar quraşdırılıb, yaşıllıq zolağı salınıb, yeni gül kolları əkilib.
Geri dön