Ana Sayfa > Manşet > "ŞAHTAXTLI" OLMAQ İSTƏYƏN ŞƏRURLU ARİF QASIMOV

"ŞAHTAXTLI" OLMAQ İSTƏYƏN ŞƏRURLU ARİF QASIMOV


16-05-2016, 13:10. Yazar: admin


Amerikanın Nyu-York şəhəri üçün təqvimin 11 sentyabr səhifəsi necə faciəlidirsə, Bakının Nizami rayonu üçün də 22 sentyabr az qala o qədər müsibətli tarixdir. Çünki məhz həmin gün Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Hörmətli oxucular elə başa düşməsinlər ki, biz Arif Qasımova etimad göstərib onu rəhbər vəzifəyə təyin edən ölkə başçısının fəhminə şübhə ilə yanaşırıq. Əsla yox! O vaxt hələ keçmiş MTN də mövcud idi, o qurumun başçısı Eldar Mahmudov da dövlət. dövlətçiliyə sadiq adam sayılırdı.

Məsələ burasındadır ki,MTN-də şöbə rəisi işləyən qayınının vasitəsi ilə Eldar Mahmudovla olan yaxın münasibətləri zamanında Arif Qasımovun köməyinə gəlsə də, hazırda onun əsas baş ağrısına çevrilib. Məmurluq karyerası dövründə adı bir çox korrupsiya qalmaqallarında çəkilən və rəhbərlik etdiyi rayonlarda xalqın, dövlətin nəfinə heç bir uğur qazana bilməyən Arif Qasımovun adı vəzifədən alınacaq məmurlar içərisində ilk sıralarda çəkilir. Ona göstərilən etimadı doğrultmaq üçün kifayət qədər zamanı olmasına baxmayaraq A. Qasımov hər zaman şəxsi maraqlarını ön plana çəkib. Nizami bələdiyyəsinin sədri olduğu dövrdə də, Siyəzənin icra başçısı olduğu müddətdə də belə olub, bu gün də belədir.

Geniş biznes şəbəkəsi ilə tanınan Arif Qasımov 2011-ci ildə Siyəzənin icra başçısı təyin olunandan sonra özü üçün rayonda bir neçə nəhəng ferma inşa etdirib. Bu fermaları saхlamaq, əkin və otlaq sahələrinə ehtiyacını ödəmək üçün fermerlərə uzun müddətə icarəyə verilmiş bələdiyyə torpaqlarını zəbt edib. Həmin ərazilər indi icra başçısının fermalarına хidmət edir. Qasımovun Siyəzəndə fəaliyyət göstərən bir neçə üzlük daş sexləri rayonda görülən bütün təmir-tikinti işlərini tikinti materialları ilə təmin edirdi ki, hazırda bu proses Nizami rayonunda davam etdirilir. Onun əvvəllər bələdiyyə sədri işlədiyi, indi isə icra başçısı kimi təyinat aldığı Nizami rayonunda, icra başçısının nümayəndəsi olduğu Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir neçə ticarət obyekti

fəaliyyət göstərir. Həmçinin icra başçısının Bakının müхtəlif yerlərinə tikinti işləri apardığı bildirilir. Paytхatda özünün və yaхınlarının adına onlarla mənzilinin, dəyəri milyonlarla manatla ölçülən bir neçə villasının olduğu da deyilir. KİV yazır ki, Arif Qasımovun məmurluq dosyesində “600 minlik rüşvət “ qalmaqalı da qırmızı xəttlə keçir. Belə ki, Prezident İlham Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onu icra başçısı təyin etdirəcəyini vəd etmişdi. Məlumata görə, bu işdə o dövrdə Siyəzən İcra Hakimiyyətinin başçısı olan Arif Qasımov da iştirak edib. Hər halda 600 min manat pulu alınan iş adamı istintaqa ifadəsində belə deyib. O, istintaqçılara bildirib ki, Həsən Əliyev ondan külli miqdarda pulu aldıqdan sonra onu Arif Qasımovun yanına göndəribmiş.

Aydın olub ki, Arif Qasımovun qardaşı Vidadi Qasımov 2007-ci ilin iyun ayında silahlı insidentdə öldürülüb. Lakin cinayətin nəyin üstə törədilməsi indiyə kimi ictimaiyyətə açıqlanmayıb. Arif Qasımov özü də bu məsələdə maraqlı görünməyib. Hazırda baxımsız zonaya çevrilən Nizami rayonunda yollardan tutmuş, insanların yaşayış səviyyəsinə kimi vəziyyət pisləşib. Rayonun yol infrastrukturu, küçələrin bərbad hala düşüb, ağacların kəsilərək ərazilərin satılması adi hal alıb. Nizami rayonunda avtoyuma məntəqələrinin durmadan artması mənfi tendensiyaya çevrilib. Bu məntəqələrdə su oğurlanır, israf edilir, hökumət isə bu vacib nemətin qiymətini qaldırmağa məcbur olur. Kamaləddin Heydərovun adından pul yığır? Özünün dəbdəbəli kreslosu - "şah taxtı" ilə gündəmi zəbt edən Bakının Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımovla bağlı maraqlı bir iddia sahibkarlardan tələb olunan “haqqın” fövqəladə hallar naziri Kamaləddin Heydərovun adından istənilməsidir. Bildirilir ki, RİH rəsmiləri sahibkarlarla qeyri-rəsmi söhbətlərində Arif Qasımovun icra başçısı kreslosunda yalnız görüntü xatirinə əyləşdirildiyini, rayondakı bütün işlərin isə Kamaləddin Heydərovun qohumları və yaxın adamları tərəfindən həyata keçirildiyini iddia edirlər.

İrəliləyən saylarımızda Arif Qasımovla bağlı daha ilginc məlumatları oxucuların müzakirəsinə təqdim edəcəyik.

Kənan Məmmədzadə

Aia.az
.
Geri dön