Ana Sayfa > Media > Hadisədən alqışlanacaq addım

Hadisədən alqışlanacaq addım


15-05-2016, 21:43. Yazar: admin
Hadisədən alqışlanacaq addım





Türk pop musiqisinin tanınmış ifaçısı Hadisənin Boluda verəcəyi konserti terror hadisələri səbəbindən təxirə düşüb.

Aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə bu gün axşam saatlarında "Bolu Highway Outlet" alış-veriş mərkəzinin açılış münasibəti ilə təşkil ediləcək konsertdə çıxış etməli idi. Eyni zamanda sənətçi ilə imza günü təşkil edilməsi nəzərdə tutulmuşdu. Terror hadisələrini nəzərə alan müğənni tədbirlərini başqa günə keçirilməsi qərarını verib.

Hadisə Facebook və Twitter hesablarından bu açıqlamanı edib:

"Bu Gün "Bolu Highway Outlet"də baş tutacaq konsert və imza günümüzü 29 maya təxirə saldıq. Şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına və ölkəmə səbr diləyirəm. Bu son olsun".


aia.az
Geri dön