Ana Sayfa > Cəmiyyət > 24 yaşlı qadın zəhərləndi

24 yaşlı qadın zəhərləndi


15-05-2016, 10:32. Yazar: admin
24 yaşlı qadın zəhərləndi





Şəmkirdə dəm qazından zəhərlənmə olub.

APA-nın verdiyi məlumata görə, rayonun Zəyəm qəsəbə sakini, 1992-ci il təvəllüdlü Şövkət Kazımova dəm qazından zəhərlənmə əlamətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın yaşadığı evdə qaz sobasından otağa sızan dəm qazından zəhərlənib.

aia.az
Geri dön