Ana Sayfa > Dünya > Rusiyalı müğənni: "Azərbaycandakı sevənlərimdən dəstək gözləyirəm"

Rusiyalı müğənni: "Azərbaycandakı sevənlərimdən dəstək gözləyirəm"


14-05-2016, 14:45. Yazar: admin
Rusiyalı müğənni: "Azərbaycandakı sevənlərimdən dəstək gözləyirəm"






"İfa edəcəyim "You Are the Only One" mahnısını böyük müəlliflər komandası ərsəyə gətirib. Musiqini Filip Kirkorov bəstələyib, habelə mahnı üzərində Böyük Britaniya, Yunanıstandan olan peşəkarlar çalışıblar. Mahnını dinləyən kimi ölkəmi "Eurovision-2016" mahnı müsabiqəsində təmsil etmək qərarına gəldim".

Aia.Az xəbər verir ki, bu sözləri Rusiya təmsilçisi Sergey Lazarev AZƏRTAC-a müsahibəsində deyib.

Seçim turlarının Rusiyanın İctimai Televiziyası tərəfindən həyata keçirildiyini bildirən Sergey Lazarev ona bu yarışmada iştirak etmək təklif olunan vaxtdan öz üzərində ciddi çalışdığını vurğulayıb:

"Səhnə quruluşu kifayət qədər mürəkkəbdir. Məşqlərimiz başa çatdı. Tamaşaçılara hər zaman maraqlı performans təqdim etməyə çalışıram. Ümidvaram ki, televiziya tamaşaçıları bizim şounu qiymətləndirəcək. Bu il "Eurovision" mahnı müsabiqəsində güclü mahnılar ifa olunur. Mənim üçün müsabiqədə qalibiyyət deyil, layiqincə iştirak etmək əsasdır.

Rusiyada "Eurovision"a böyük maraq var. Əgər qalib gəlsək, ölkəmiz yüksək səviyyədə yarışmaya ev sahibliyi edəcək. Azərbaycandan olan bütün sevimli pərəstişkarlarıma minnətdarlığımı bildirirəm. Mən sizin dəstəyinizə güvənirəm. Azərbaycan bu yarışmada mükəmməl ifaçı ilə təmsil olunur. Səmranın ifası güclüdür və ona uğurlar arzu edirəm".



aia.az
Geri dön