Ana Sayfa > Aia TV > Kadırov və xanımının gəlirləri açıqlandı

Kadırov və xanımının gəlirləri açıqlandı


14-05-2016, 14:28. Yazar: admin
Kadırov və xanımının gəlirləri açıqlandı







Çeçenistan Respublikasının prezidenti vəzifələrini icra edən Ramzan Kadırov ötən il 5,01 milyon rubl (təxminən 76,2 min dollar) qazanıb.

Aia.Az publika.az-a istinadən bildirir ki, bu haqda region hökumətinin saytında dərc edilmiş bəyannamədə deyilir.

Sənədə əsasən, Kadırovun mülkiyyətində 3,6 min kvadrat metr torpaq sahəsi var. Onun ailəsi 300 kvadrat metr sahəsi olan yaşayış evindən istifadə edir. Kadırov və onun ailəsinin mülkiyyətində avtomobil vasitələri yoxdur.

Onun xanmının gəliri isə 2,83 milyon rubl (43,1 min dollar) təşkil edib. Onun mülkiyyətində, həmçinin 209,8 kvadrat metr sahəsi olan yaşayış evi var.

2014-cü ildə Çeçenistan Respublikasının başçısı 4,84 milyon rubl (73,4 min dollar) qazanıb. Onun xanımı isə müvafiq dövrdə 3,37 milyon rubl (51,3 min dollar) gəlir əldə edib.


aia.az
Geri dön