Ana Sayfa > Karusel > Ermənilər Tərtəri bombalayır - Düşmən ordusu FƏALLAŞDI

Ermənilər Tərtəri bombalayır - Düşmən ordusu FƏALLAŞDI


13-05-2016, 19:17. Yazar: admin
Ermənilər Tərtəri bombalayır - Düşmən ordusu FƏALLAŞDI






Ermənistanın silahlı bölmələri Tərtərin yaşayış məntəqəsini atəşə tutmağa başlayıb

Müdafiə Nazirlyiyi xəbər verir ki, mayın 13-ü, saat 18.20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qəzyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başlayıb.

Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilir, düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilir.
Bu cür təxribatların nəticəsi olaraq gələcəkdə baş verə biləcək hadisələrə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

----------

18:38

Erməni silahlı birləşmələri bu gün saat 18 radələrində Tərtər rayonunun Qazyan kəndini ağır artilleriyadan atəşə tutub.

Ağır artilleriyadan atılan mərmilər kəndin əkin sahələrinə düşüb.

Sakinlərdən xəsarət alan olmayıb.

aia.az
Geri dön