Ana Sayfa > Gündəm / Manşet > “I Avropa Oyunları Bakıda keçirilməsi buna əyani sübutdur...”

“I Avropa Oyunları Bakıda keçirilməsi buna əyani sübutdur...”


20-06-2015, 13:36. Yazar: admin


“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi buna əyani sübutdur. Bu nüfuzlu tədbirə uşaqdan böyüyə hər bir kəsin dəstək verməsi vacibdir.”
Aia.az Bunu xeberaz.az-a Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Elşən Məmmədov söyləyib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasi Milli Karate Federasiyası tərəfindən təsis edilən “Baku Open 2015” fəxri diplomu Sumqayıt şəhəri Beynəlxalq “Shotokan Karate – Do” klubunun prezidenti, lV Dan Qara kəmər sahibi Mehman Əlirzayev Hacı Zeynalabdin Bələdiyyəsinin sədrinə təqdim edib.
Qeyd edək ki, Gürcüstanın Tiflis şəhərində keçirilən “6th World Shotokan Championship” Dünya karate yarışmasında Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsinin idmançılardan biri Muradov Rahim 20 saniyə ərzində erməni rəqibinə yarışda qalib gəlməsinə görə mətbuatda işıqlandırmasına Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbə Nümayəndəliyi və Hacı Zeynalabdin Bələdiyyəsi böyük dəstəyi olmuşdur.
“I Avropa Oyunları Bakıda keçirilməsi buna əyani sübutdur...”

Geri dön