Ana Sayfa > Cəmiyyət > Rusiyada 5 bayker güllələndi

Rusiyada 5 bayker güllələndi


8-05-2016, 13:22. Yazar: admin
Rusiyada 5 bayker güllələndi






Bu gün səhər saat 6 radələrində Rusiyada 5 bayker (motosiklet həvəskarı) öldürülüb

Aia.az "Rosbalt"a istinadən bildirir ki, Moskva ətrafındakı Yeqorevsk rayonunun Çelnoxov kəndində köhnə pivə zavodunun binası yaxınlığında 27 yaşlı yerli sakinlə baykerlər arasında münaqişə baş verib.

Nəticədə həmin şəxs "Sayqa" markalı karabindən baykerlərə atəş açıb və onlar hadisə yerində ölüblər. Baykerlərə atəş açan şəxs hadisə yerindən qaçıb.

Hadisənin şahidi olan iki qadının sayəsində hüquq-mühafizə orqanları qatilin şəxsiyyətini müəyyənləşdiriblər.

Faktla bağlı cinayət işi açılıb. Hazırda onun saxlanılması ilə əlaqədar əməliyyat keçirilir.


aia.az
Geri dön