Ana Sayfa > Karusel > ABŞ-da qarşıdurma: 33 nəfər həbs edildi

ABŞ-da qarşıdurma: 33 nəfər həbs edildi


8-05-2016, 10:50. Yazar: admin
ABŞ-da qarşıdurma: 33 nəfər həbs edildi






ABŞ-ın San-Fransisko şəhərinin inzibati binasının qarşısında şəhər polisi rəhbərinin istefasını tələb edən etirazçılarla polis arasında qarşıdurma yaranıb. Polis ən 33 nəfəri həbs edilib. Report-un məlumatına görə, bu barədə "Assoşieyted Press" agentliyi xəbər verib.

Agentliyin məlumatına görə, onlarla etirazçı binaya daxil olmaq istədikdə aksiyaçılarla təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında qarşıdurma yaranıb.
İnsident 16 gündür aclıq edən 5 eitrazçının şəhərin polis idarəsinin rəhbəri Greg Suhrun istefasını tələb etməsindən sonra böyüyüb.

"San Francisco Chronicle" nəşrinin yaydığı məlumata görə, dinc etiraz forması polis əməkdaşlarının aprelin 21-də qaradərili bir nəfəri güllələməsindən sonra başlayıb.
Bundan başqa, həmin polis rəisi öz əməkdaşlarına irqçi mesajlar göndərməkdə də ittiham edilir.


aia.az
Geri dön