Ana Sayfa > Karusel > Putin Bakıya təcili bir günlük səfər edəcək

Putin Bakıya təcili bir günlük səfər edəcək


7-05-2016, 19:35. Yazar: admin
Putin Bakıya təcili bir günlük səfər edəcək






Bəzən gözlənilməz siyasi qərarları ilə məşhur olan Rusiya prezidenti Vladimir Putin Bakıya təcili bir günlük səfər imkanını nəzərdən keçirir.

Bu barədə Rusiya hakimiyyətinə yaxın mənbədən virtualaz.org-un Moskva bürosuna bildirilib.

Mənbənin bildirdiyinə görə, Vladimir Putinin Bakıya səfəri ən yaxın zamanda baş tuta bilər. Bundan savayı, Rusiya prezidentinin təyyarəsinin Bakıya səfərə hazırlanması barədə göstəriş də verilib.

Bakıya səfərə gözlənilməz hazırlıq Rusiya prezidentinin hansısa təcili missiyasından xəbər verir.

Bununla birgə, mənbə əlavə edir ki, yekun qərar Vladimir Putinin həm Azərbaycan hakimiyyəti, həm də Ermənistan iqtidarı ilə məsləhətləşmələrindən sonra veriləcək.

aia.az
Geri dön