Ana Sayfa > Aia TV > Londonun müsəlman meri: o, kimdir? - FOTO

Londonun müsəlman meri: o, kimdir? - FOTO


7-05-2016, 10:58. Yazar: admin
Londonun müsəlman meri: o, kimdir? - FOTO








Dünən Britaniyanın paytaxtı Londonun meri postuna keçirilmiş seçkilərin nəticələri açıqlanıb. Londonla yanaşı, Avropa Birliyi ölkələrinin paytaxtlarının şəhərlərinin tarixində ilk dəfə olaraq mer postuna müsəlman seçilib.
O, Pakistandan olan mühacir ailəsində doğulmuş Sadiq Xandır. 45 yaşlı Sadiq Xanın atası ömrü boyu avtobus sürücüsü işləyib.
Sadiq Xanın valideynləri Əmanulla və Sehrun Xanların ailəsində 8 övlad vardı. Əmanulla Xan 25 il avtobus sürücüsü işləyib, Sehrun Xan isə dərzi olub.
Sadiq Xan Ernest Bevin kollecini bitirəndən sonra Şimali London Universitetinin hüquq fakültəsində oxuyub.
Xanlar ailəsi böyük, çoxuşaqlı olsa da, Sadiqin atası ona hüquq təhsili verib. 2005-ci ildən bəri Britaniya parlamentinin İcmalar Palatasının üzvü olan Sadiq Xan London meri postuna Britaniya Leyboristlər Partiyasından namizəd idi.
O, seçkilərdə mühafizəkarların nümayəndəsi Zak Qoldsmiti qətiyyətlə geridə qoyub. Sadiq Xana 1 milyondan artıq londonlu səs verib ki, bu da mer seçkilərinin tarixində istənilən başqa siyasətçinin aldığı dəstəkdən çoxdur.
Mərhum baş nazir Marqaret Tetçer London meri postunu ləğv etsə də, 2000-ci ildə Toni Bler hökuməti bu vəzifəni bərpa etmişdi. Uzun fasilədən sonra leyborist Ken Livinqston şəhər meri olmuşdu və 2008-ci ilədək bu postda çalışmışdı. Sonra onu mer postunda mühafizəkar Boris Conson əvəzləmişdi.
London meri hər 4 ildən bir seçilir.

Britaniya Leyboristlər Partiyasının lideri Ceremi Korbin Şeffild şəhərində çıxış edərkən deyib: "Mer seçkilərində Sadiq Xanın rəqibi olan Zak Qoldsmit mühafizəkarların çirkin kampaniyasına qoşulmuşdu və Sadiqi gözdən salmağa çalışırdı. Belə taktika Qoldsmitin əleyhinə oldu və Sadiqə rəqibini üstələməyə imkan verdi".
Sadiq Xan və xanımı Səadiyyə Əhməd hüquq şirkətində birgə çalışırlar. 1994-cü ildə ailə qurmuş bu cütlüyün 17 yaşlı Anisa və 15 yaşlı Ammara adlı iki qızı var.
Londonun yeni meri "Liverpul" klubunun fanatıdır və mer seçkilərində də "mersisaydlılar"ın Britaniya paytaxtında yaşayan fanat seçicilərinin 87 faizi müsəlman Xana səs verib.
Londonun kasıblar yaşayan Tutinq səmtində böyümüş Sadiq Xan deyir: "Mən müsəlmanam və bununla fəxr edirəm. Müsəlman olmaq namaz qılmaq, oruc tutmaq, halal təamlar yeməkdir. Müsəlman olmaqla yanaşı britaniyalıyam, avropalıyam, vəkiləm, atayam".

aia.az
Geri dön