Ana Sayfa > Karusel > Erməni hərbçisi külə döndü

Erməni hərbçisi külə döndü


5-05-2016, 19:49. Yazar: admin
Erməni hərbçisi külə döndü







Ermənistanda qəza nəticəsində müqavilə üzrə xidmət edən hərbçi ölüb.

"shamshyan.com"a xəbər verir ki, qəza Ermənistanın Qeqarkunik vilayətində baş verib.

Gecə yarısına yaxın vilayətin xilasetmə xidmətinə Astxadzor kəndinin yaxınlığında Martuni-Vardenis yolunda avtomobilin yanması haqqında zəng daxil olub.

Məlum olub ki, Qeqarkunik vilayətinin sakini, 27 yaşlı hərbçi Samvel Saakyanın sükan arxasında olduğu "Vօlkswagen Passat" avtomobili yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Qəza nəticəsində maşın yanıb. Xilasedicilər tamamən yanan maşında hərbçinin külə dönmüş meyitini tapıblar

aia.az
Geri dön