Ana Sayfa > Karusel > Goranboyda qadın xəsarət alıb

Goranboyda qadın xəsarət alıb


1-05-2016, 22:39. Yazar: admin
Goranboyda qadın xəsarət alıb








Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına təpə nahiyəsinin əzilmiş-çapılmış yarası diaqnozu ilə qadın gətirilib.

AIA.Az bildirir ki, Goranboy rayonu, Qaradağlı kənd sakini 60 yaşlı Firuzə Əhmədovaya hələlik şəxsiyyəti məlum olmayan şəxs daşla başından xəsarət yetirib. O, yaxınlarının köməkliyi ilə xəstəxanaya gətirilib. Zərərçəkənə dərhal tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön