Ana Sayfa > Gündəm > Rayon avtomobillərinin Bakıya buraxılış saatları dəyişilir

Rayon avtomobillərinin Bakıya buraxılış saatları dəyişilir


29-04-2016, 12:33. Yazar: admin
Rayon avtomobillərinin Bakıya buraxılış saatları dəyişilir

Qərar yük maşınlarına da aiddir.

Rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya buraxılış saatları mayın 1-dən dəyişəcək.

Aia.az- xəbər verir ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarında etdiyi dəyişikliyə əsasən, yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək saat 07:30-dan 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, yük və rayon qeydiyyatında olan minik avtomobilləri saat 21:00-dan 7:30-a qədər şəhərə daxil ola bilər.

Qeyd edək ki, qış rejimi qrafikinə əsasən, oktyabrın 1-dən mayın 1-dək saat 07:30-dan 20:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, saat 20:00-dan 7:30-a qədər yük və rayon qeydiyyatında olan minik avtomobilləri şəhərə daxil olacaq.

Əvvələr, yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək saat 07:00-dan 22:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmırdı, yük və rayon qeydiyyatında olan minik avtomobilləri saat 22:00-dan 7:00-a qədər şəhərə daxil ola bilərdi.

Qış rejimi qrafikinə əsasən isə oktyabrın 1-dən mayın 1-dək saat 07:00-dan 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmırdı, saat 21:00-dan 07:00-a qədər yük və rayon qeydiyyatında olan minik avtomobilləri şəhərə daxil ola bilərdi.
Geri dön