Ana Sayfa > Karusel > Ağdamda ermənilərin yaraladıqları 6 mülki şəxs xəstəxana

Ağdamda ermənilərin yaraladıqları 6 mülki şəxs xəstəxana


29-04-2016, 11:34. Yazar: admin
Ağdamda ermənilərin yaraladıqları 6 mülki şəxs xəstəxana






Aprelin 27-dən 28-ə keçən gecə Ağdamda ermənilərin kəndləri artilleriya atəşinə tutması nəticəsində yaralanan 6 nəfər mülki şəxsdən 3-ü Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib.

AİA.az Trend-ə istinadən bildirir ki, bu barədə mərkəzin həkim cərrahı Eldar Əhmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaralılardan 2-si Çəmənli, biri Qaradağlı sakinidir: "Yaralılar mərmi partlaması nəticəsində qəlpə yaraları, kəllə-beyin və baş beyin travması alıblar. Xəstələrdən 1-inin vəziyyəti orta-ağır stabil, o birilər kafidir. Xəstələrdə qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi və bədənin müxtəlif yerlərində sıyrılmış yaralar müşahidə edilir"

aia.az
Geri dön