Ana Sayfa > Siyasət > Ermənilər indi də Ağcabədini vurur - Yüzədək mərmi atıldı

Ermənilər indi də Ağcabədini vurur - Yüzədək mərmi atıldı


28-04-2016, 17:44. Yazar: admin
Ermənilər indi də Ağcabədini vurur - Yüzədək mərmi atıldı






Ötən gecə ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində Ağcabədi rayonuna 100-ədək mərmi düşüb.



Aia.az APA-ya istinadən bildirir ki, bunu Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov deyib.

Mərmilərdən 50-sinin Qaraxanlı kəndi ərazisinə düşdüyünü açıqlayan İH başçısı 35 həyətyanı sahəyə mərmi düşməsi nəticəsində 19 evin yararsız hala düşdüyünü deyib.

Həmin evlərdən biri tamamilə yanıb.

Ş.Məmmədov bildirib ki, Ermənistan silahlı qüvvələri mülki əhalini hədəfə alıb.

AIa.az
Geri dön