Ana Sayfa > Seçilənlər-1 > Erməni əsgərin meyitini yük maşınında tapdılar

Erməni əsgərin meyitini yük maşınında tapdılar


26-04-2016, 14:38. Yazar: admin

Araşdırma aparılır.

Ermənistan ordusunun başından güllə yarası almış hərbi qulluqçusunun meyiti respublikanın hərbi hissələrindən birində atəş mövqeyində tapılıb.

Aia.az Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

“25 aprel saat 20:15 radələrində respublikanın hərbi hissələrindən birində atəş mövqeyində müddətli hərbi qulluqçu Ovannes Petrosyana təhkim edilmiş QAZ-66 markalı yük maşınının yük yerində onun başından güllə yarası almış meyiti aşkarlanıb”, - deyə məlumatda bildirilir.

Baş vermiş hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün araşdırma aparılır.

Aia.az
Geri dön