Ana Sayfa > Karusel > Ermənilər bu gecə itki verdilər - Adlar

Ermənilər bu gecə itki verdilər - Adlar


26-04-2016, 11:32. Yazar: admin
Ermənilər bu gecə itki verdilər - Adlar




Ermənistan dünən cəbhə xəttində atəşkəsin pozulması nəticəsində itirdiyi əsgərlərin sayını açıqlayıb.

AIA.az erməni KİV-nə istinadən xəbər verir ki, gecə başlayan atışmalar zamanı iki hərbçi - 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyan həlak olub. Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Xatırladaq ki, aprelin 25-dən 26-na keçən gecə cəbhə xəttində atəşkəs rejimi pozulub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, rayonun əsasən Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və DM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Aysel Kərimova
Geri dön