Ana Sayfa > Dünya > "Gizli sevgi yaşayıram"

"Gizli sevgi yaşayıram"


25-04-2016, 11:34. Yazar: admin
"Gizli sevgi yaşayıram"





Müğənni Ayan Babakişiyeva qardaşı Samir və qızı Selena ilə fotokamera qarşısına keçib, şəkillər çəkdirib.

AIa.az axşam.az-a istinadən xəbər verir ki, açıqlama verən ifaçı gizli sevgi yaşadığını bildirib:

"Ürəyimdə gizlədiyim bir insan var. Sevirəm, qəlbimdə gizli saxlayıram.

İnsanın ailəsinin olması çox gözəldir. Ailəsi olmayan halda, yalandan ailədən danışmaq nəyə lazımdır? Onsuz da, kənarda olan insanlar hər kəsi gözəl tanıyır. Ailəmlə fəxr edirəm, çox sağlam, məni anlayan doğmalarım var. Amma insana sevgi də lazımdır. Ona görə də sevirəm".

A.Babakişiyeva İstanbulda yaşayan əkiz qardaşı Samirdən də danışıb:

"Qardaşım çox ağıllı, savadlı və əsas da realist insandır. Hərdən düşünürəm ki, ona nəsə sual versəm, bilməməsi mükün deyil. Hər işimdə populyarlığımın 50 faizini o edib. İdeyaları hər zaman maraqlı olur. İndi yanımda deyil, özümü gücsüz hiss edirəm. Çünki mən pis olanda hər zaman o dinləyirdi. Bilirdim ki, tamamam. İndi Türkiyədə özünə karyera qurub, böyük bir şirkətin ixracat müdiridir. Onunla fəxr edirəm"
Geri dön