Ana Sayfa > Cəmiyyət > Bakıda avtobus sürücünü döydülər - Araya polis girdi

Bakıda avtobus sürücünü döydülər - Araya polis girdi


15-04-2016, 20:02. Yazar: admin
Bakıda avtobus sürücünü döydülər - Araya polis girdi




Binəqədi rayonunda sürücülər arasında dava düşüb.

Milli.Az xəbər verir ki, hadisə rayonun Rəsulzadə qəsəbəsində qeydə alınıb. Davaya səbəb sürücülərin bir-birlərinə yol verməməsi olub. Münaqişə tərəflərindən biri 133 saylı marşurut avtobusunun sürücüsü olub.

"Wolksvagen" markalı avtomobili idarə edən şəxs avtobusun sürücüsünə yolda onun qarşısını kəsdiyini söyləyərək təhqir edib. Təhqirin cavabı isə əlbəyaxa dava ilə nəticələnib.

Tərəfləri yol polisinin əməkdaşları aralayıblar.
Geri dön