Ana Sayfa > Media / Aia TV / Karusel > Çörək almağa helikopterlə getdi (FOTO)

Çörək almağa helikopterlə getdi (FOTO)


13-07-2015, 14:07. Yazar: admin

Levandovski helikopter icarəyə götürüb.
Almaniyanın "Bayern Münhen" klubunun polşalı futbolçusu Robert Levandovskinin həyat yoldaşı qeyri-adi addıma əl atıb.

ANS PRESS-in məlumatına görə, futbolçu və həyat yoldaşı Polşanın Stanslevo kəndində istirahət edir. İstirahət etdikləri yerdə mağaza olmadığı üçün, onlar kəndə ən yaxın məsafədə - 30 km uzaqlıda olan məkana getməyə məcbur olublar.

Ona görə də Levandovski həyat yoldaşı Anna Staçerska üçün saatı 500 avroya olan hava taksisi - helikopter icarəyə götürüb. Çörək və digər ehtiyaclarını aldıqdan sonra isə yenidən helikopterlə geri dönüb.


Levandovski və həyat yoldaşının istirahət etdikləri məkan


Anna Staçerska


Robert Levandovski


Anna Staçerska - Robert Levandovski


Robert Levandovski - Anna Staçerska

Peşəkar karyerasına Polşada başlayan yarımmüdafiəçi 2010-cu ildən Almaniyada çıxış edir. Həmin ili Dortmuntun "Borussiya" klubuna transfer oluna futbolçu, dörd mövsüm 131 matçada 74 qola imza atıb. Levandovski 2014-cü ildən Münhen klubunun formasını geyinir və 31 görüşdə 17 dəfə rəqibq apılarına yol tapıb. Polşalı ulduz futbolçu çıxış etdiyi klubda illik təxminən 12 milyon avro qazanır.




Geri dön