Ana Sayfa > Gündəm / Manşet / Karusel > Çavuşoğlu: “Hər zaman qardaş Azərbaycanın yanındayıq”

Çavuşoğlu: “Hər zaman qardaş Azərbaycanın yanındayıq”


4-04-2016, 11:42. Yazar: admin

“Dağlıq Qarabağ probleminin həll edilməsinin vaxtı çatıb. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır. Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, heç kim səsini çıxarmır”.

APA TV-nin “Anadolu”ya istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

"Minsk üçlüyü nə işə yarayır? Rusiya, ABŞ və Fransa istəsələr, bir həftə ərzində bu problemi həll edə bilərlər. Biz münaqişənin dinc yolla həllinin tərəfdarıyıq və hər zaman qardaş Azərbaycanın yanındayıq. Daima və bütün məsələlərdə!” - deyə M.Çavuşoğlu bildirib.
Geri dön