Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Gürcüstanda yaşayan Azərbaycan ailəsində faciə : bir ölü

Gürcüstanda yaşayan Azərbaycan ailəsində faciə : bir ölü


9-03-2016, 18:33. Yazar: admin
Gürcüstanda yaşayan Azərbaycan ailəsində faciə : bir ölü


Bu gün Gürcüstanın Rustavi şəhərində azərbaycanlı qadın dəm qazından boğulub.

Aia.az bildirir ki, bu barədə APA-ya məlumat verən Rustavidə fəaliyyət göstərən "Salam" Xeyriyyə Cəmiyyətinin sədri Maya Rəcəbova deyib ki, hadisə gecə saatlarında qeydə alınıb. 32 yaşlı Turanə Səfərova iki övladını hamamda çimizdirdikdən sonra özü də yuyunmaq istəyib.

Bu zaman qadın dəm qazından boğularaq, ölüb, onun övladları - 9 yaşlı Leyla Səfərova ilə 8 yaşlı Şərif Səfərov isə zəhərləniblər. Uşaqlar qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb, reanimasiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanadan onların vəziyyətinin stabil olduğu, həyatları üçün təhlükənin olmadığı bildirilib.
Geri dön