Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Bakıda orta məktəbdə qadın müəllimi döydülər - YENİLƏNİB

Bakıda orta məktəbdə qadın müəllimi döydülər - YENİLƏNİB


9-03-2016, 15:00. Yazar: admin
Bakıda orta məktəbdə qadın müəllimi döydülər - YENİLƏNİB
Zorakılıqla üzləşən müəllim polisə müraciət edib

Bakıda orta məktəblərdən birində insident baş verib. Lent.az-ın məlumatına görə, Xətai rayonu ərazisində, Cavanşir küçəsindəki 245 saylı orta məktəbdə çalışan müəllim, 1962-ci il təvəllüdlü Əsgərova Qənirə İkram qızı (ad və soyad şərtidir) işlədiyi məktəbdə Tamara adlı şəxs tərəfindən döyülüb.


54 yaşlı müəllim məsələ ilə bağlı polisə müraciət edib. Faktla bağlı araşdırma aparılır.
***
245 saylı orta məktəbdən təhsil müəssisəsində belə bir insidentin baş verdiyini təsdiqləyiblər. Məktəbin tədris işləri üzrə direktor müavini Lent.az-a bildirib ki, direktor yerində olmadığı üçün bu hadisə ilə bağlı ətraflı məlumat verə bilməyəcək.
Geri dön