Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > 2 aylıq körpə faciəvi şəkildə öldü - Bakıda

2 aylıq körpə faciəvi şəkildə öldü - Bakıda


5-03-2016, 11:31. Yazar: admin
2 aylıq körpə faciəvi şəkildə öldü - Bakıda


Qobustan qəsəbəsi massiv 8-də yaşayan Şahin Babayevin 2 aylıq qızı bədbəxt hadisə nəticəsində vəfat edib.

Aia.az qafqazinfo-ya istinadən bildirir ki, bu ilin yanvarın 3-də dünyaya göz açan Bahar bir neçə gün öncə evdə beşiyindən yıxılıb.

Körpə, kəllə-beyin travması ilə Nevrocərrahiyə xəstəxanasına yerləşdirilib. Xəstəxanada bir həftə müalicə olunduqdan sonra orada vəfat edib.

Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.
Geri dön