Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Qazax sakini gömrük postunda saxlanıldı

Qazax sakini gömrük postunda saxlanıldı


4-03-2016, 13:20. Yazar: admin
Qazax sakini gömrük postunda saxlanıldı

Martın 3-də Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı, Qazax rayon sakini Həsənov İlqar Məmməd oğlu Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postundan keçən zaman idarə etdiyi “Naz Lifan” markalı, 35 BH 090 dövlət nömrə nişanlı minik avtomobilində Gürcüstandan gətirdiyi şəxsi istehlak miqdarından artıq meyvə yükünə görə gömrük vergi və rüsumlarını ödəməkdən, hətta pasportunu təqdim etməkdən imtina edib.

Lent.az-ın Komitənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, gömrük orqanı əməkdaşları qanunvericiliyin müvafiq müddəalarını xatırlatmaqla, izahat işləri apararaq İlqar Həsənovdan qanunlara əməl etməyi tələb etsələr də o, gömrükçülərin haqlı tələblərinə məhəl qoymayaraq asayişi pozmağa çalışıb. Yaranan problemlə əlaqədar Tovuz Gömrük İdarəsi rəhbərliyinin Qazax Rayon Polis Şöbəsinə müraciətindən sonra İlqar Həsənov saxlanılaraq polis şöbəsinə aparılıb və asayiş bərpa olunub.
Geri dön