Ana Sayfa > Gündəm / Aia TV / Karusel > İlham Əliyev “Xocalı” abidəsini ziyarət etdi

İlham Əliyev “Xocalı” abidəsini ziyarət etdi


26-02-2016, 10:31. Yazar: admin

Dövlət başçısı faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib.
Aia.az xəbər verir ki, prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.

Anma mərasiminin iştirakçıları abidənin önünə qızılgüllər, qərənfillər düzüblər.
Geri dön