Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Bakıda müəllimə məktəbdə döyüldü

Bakıda müəllimə məktəbdə döyüldü


26-02-2016, 09:38. Yazar: admin



Bakının Səbail rayonunda orta məktəbdə xoşagəlməz hadisə baş verib.

Aia.az teleqraf.com-a istinadən xəbər verir ki, insident N.Rəfibəyli küçəsi, 13 ünvanında yerləşən 189 saylı orta məktəbdə qeydə alınıb. Həmin məktəbdə hələ kimliyi dəqiqləşdirilməyən valideyn xuliqanlıq zəmnində Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Yelena Murad qızı İbadovanı döyüb. Yelena İbadova həmin orta məktəbdə müəllimə işləyir.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsində araşdırma aparılır.
Geri dön