Ana Sayfa > Dünya > İranda koronavirusdan ölәnlәrin sayı 2 min 300-ü keçdi

İranda koronavirusdan ölәnlәrin sayı 2 min 300-ü keçdi


27-03-2020, 14:58. Yazar: sevinc1
İranda koronavirusdan ölәnlәrin sayı 2 min 300-ü keçdi






İranda yeni koronavirus (COVID19) nәticәsindә indiyәdәk 2 378 nәfәr ölüb.

Aia.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, ötәn 24 saat әrzindә İranda bu virusdan 144 nәfәr ölüb.

Cahanpur әlavә edib ki, ötәn sutkada 2 926 nәfәrin koronavirusa yoluxması tәsdiqlәnib.

Belәliklә İranda koronavirus daşıyıclarının sayı 32 332 nәfәrә yüksәlib vә 2 893 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi 11 133 nәfәrin müalicә olunaraq sağaldığını deyib.
Geri dön