Ana Sayfa > Dünya > Koronavirusa yoluxan ilk şəxs o imiş...

Koronavirusa yoluxan ilk şəxs o imiş...


26-03-2020, 19:58. Yazar: sevinc1
Koronavirusa yoluxan ilk şəxs o imiş...






Koronavirusa yoluxan ilk şəxsin kimliyi müəyyənləşib.

Aia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu şəxs çinli soyadı Vey olan qadındır.

Məlum olub ki, Çinin Uhan şəhərinin “Hunan” bazarında canlı xərçəng satıcısı işləyən qadın ötən ilin dekabrın 11-də temperaturu yüksəldiyi üçün xəstəxanaya müraciət edib. Ona tibb ocağında iki iynə vurulsa da, bu, çinliyə kömək etməyib.

O, 5 gün sonra bu dəfə “Sehe” xəstəxanasına müraciət edib. Daha sonra Veyi“Hunan” bazarında koronavirusa yoluxduğu təsdiqlənmiş ilk şəxs kimi qeydə alınıb. Buna baxmayaraq, virusun hansı şəraitdə heyvandan insana keçdiyi sual olaraq qalır.

Qeyd edək ki, Uhan Səhiyyə Komitəsi dekabrın 31-də ilk yoluxma qrupunda 27 nəfərin olduğunu açıqlayıb. Məlum olub ki, bu şəxslərdən 24-ü sözügedən bazarla əlaqəli olub.
Geri dön